“Gələn ilin Azərbaycanın dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir”.

 

Xalq.Ru-un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

 

Bununla belə, nazirin sözlərinə görə, gələn il büdcədə sosialyönümlü xərclər də priorotet olacaq: “Büdcədə sosialyönümlü xərclərin payı 46,4%-ə yüksələcək.

 

Növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb. 2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün də 258 milyon manat vəsait ayrılacaq”, – nazir qeyd edib.

 

“Gələn il dövlət sifarişi ilə ali təhsilə isə 544 milyon manat vəsaitin yönəldilməsi, təaqüd alan tələbələrin sayının 12 min artırılması nəzərdə tutulur”, – nazir bildirib.

 

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//ugroocuw.net/4/4576595