2 doza “Sinovac” peyvəndi vurduranlar hazırda peyvənd olunmamış hesab edilir.

 

Xalq.Ru  Unikal-a istinadən xəbər verir ki, bu barədə türkiyəli mütəxəssislər çağırış edib.

 

“Siz qorunmursunuz. Gedin təcili peyvənd olunun”, – deyə xəbərdarlıq edilib.

 

Bildirilib ki, insanda koronavirus əleyhinə 70-80 % immunitet yaratmaq üçün 2 doza “Sinovac” peyvəndi yetərsiz qəbul olunur.

 

İstanbul Universiteti Tibb Fakültəsi Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya kafedrasının müdiri Prof. Dr. Haluk Eraksoyun sözlərinə görə, 2 doza “Sinovac” vaksini vurduranlar peyvənd olunduqlarına inanmamalıdır:

 

“İkinci peyvənddən ən azı 3 ay sonra immunitet azalmağa başlayır. Buna görə də 3-6 ay ərzində peyvənd edilməlidirlər. 3-cü doza peyvənd olunmayanlar vaksin vurdurmuş hesab edilmir, onlar qorunmurlar”.

 

 

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//chooxaur.com/4/4576595