“Yəqin ki, Turanəni tanıdınız. Həyat yoldaşı tərəfindən aldadılan, alçaldılan, qüruru ayaqlar altına atılan qadındır. Evdar xanım olub, iki uşaq dünyaya gətirib və günlərin bir günü əri başqasına aşiq olub. Bu qadına görə nə təkliflər aldım, amma o pulları qəbul etmədim. Edə bilməzdim. Namuslu, abırlı bir Azərbaycan qadınını nəyəsə, kiməsə qurban edə bilməzdim”.

Xalq.Ru  olay-a istinadən xəbər verir ki, bu sözləri instaqramda aparıcı Xoşqədəm Hidayətqızı bir zamanlar verilişinin qəhrəmanı olan, övladlarının qəyyumluğu üçün proqrama çıxan Turanə adlı qadının fotosunu paylaşaraq yazıb. O bildirib ki, ilk vaxtlar onun sözlərinə inanmayıb:

“Bir gənc qızın özündən 28 yaş böyük, atası yaşda evli bir kişi ilə eşq yaşaması mənə görə mümkünsüzdür. Bu fikirləri efirdə belə səsləndirmişəm: “Bu gözəllikdə gənc qız yaşlı, evli kişi ilə eşq yaşayacağına inanmıram”. Buna  görə məhkəməyə belə verildim. Sən demə, bu dediklərim “təhqir” imiş. Amma, Turanəni yalnız buraxmadım. O, nə qohumumdu, nə də ki bacım. Sadəcə namuslu, abırlı bir azərbaycanlı xanımdır. Heç kimsə də puluna güvənməsin! Nə Turanənin nə də mənim, Fikrət kimi hakim dayımız (red. – müğənni Aysel Əlizadənin dayısı), nə də haradasa köməkçi olan vəkilimiz, “bu məsələni bağlayın” deyib böyük pullar təklif edəcək “sponsorumuz” var. Ekspertizanın rəyinə təsir edecək “day-day”lar bilməlidir ki, bir gün Turanənin başına gələnlər onların evindəki qadınların başına gələ bilər. Əziz qadınlarımız, biz namuslu, abırlı bir Azərbaycan xanımını tək qoymamalıyıq! Məni qorumağı da unutmayın, yəqin bu qadını müdafiə etdiyim ücün qarayaxma kampanyası başlayar. Puldan imtina etdim”.

Qeyd edək ki, Turanə “Səni axtarıram” verilişində “Yetim” ləqəbli həyat yoldaşının ona müğənni Aysel Əlizadə ilə xəyanət etdiyini iddia etmişdi. A.Əlizadə isə X.Hidayətqızını məhkəməyə vermişdi.

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//soaheeme.net/4/4576595