Azərbaycanda qız uşağı istəməyən kişi həyat yoldaşını evdən qovub.

 

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sosial şəbəkə hesabında məlumat yayıb.

 

Qeyd edilib ki, dünən polis tərəfindən qadın və 3 azyaşlı qız uşağı sığınacağa yerləşdirilib.

 

“Xanım bildirir ki, əri hər zaman oğlan övladının olmasını istəyib. Yoldaşı qadına deyib ki, uşaqların birini saxla, ikisini uşaq evinə qoy. O, “ya da özün də onlarla birlikdə get” deyərək həyat yoldaşını və uşaqları evdən çıxarıb”, – deyə məlumatda bildirilib.

 

Qeyd edilib ki, sözügedən şəxslər sığınacaqda bir gün qaldıqdan sonra, qardaşı ona və uşaqlara sahib çıxıb: “Qardaş bacısına və uşaqlarına kirayə ev tutaraq bütün ehtiyaclarını qarşılayacağını deyib”.

 

 

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//ugroocuw.net/4/4576595