“Qaynım məni bıçaqlayanda qayınanam, qayınatam…”

 

BERDE.WS qadınsaytı-na istinadən xəbər verir ki, bu dəhşətli hadisəni “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan 35 yaşlı Muradova Ramilə danışıb.

 

“1981-ci ildə Bakı şəhərində anadan olmuşam. Məktəbdə 7 il oxuduqdan sonra atamın təkidi ilə təhsildən uzaqlaşdım.18 yaşında eyni qəsəbədən tanıdığım Hüseynov Sahillə tanış olduq.Tanışlığımızdan bir müddət sonra evlənmək qərarına gəldik. Bu evliliyimizdən 3 övladımız oldu”.

 

Sakit həyat tərzi sürdüklərini deyən Ramilə qeyd edib ki, son zamanlar qızıllarım naməlum şəkildə yoxa çıxmağa başladı: “Qızıllarımın itməsində həyat yoldaşımın qardaşından şübhələnməyə başladıq.Evdə sorğu sual etdikdən sonra hamıya aydın oldu ki, qızıllları məhz o götürüb. Bu qızılların söhbəti uzun müddət davam etdi”.

 

“Həyat yoldaşım rayonda işlədiyi üçün tez-tez rayonda qalmalı olurdu.Bir dəfə gecə saat 3-də yataq otağımda səs-küyə yerimdən dik atıldım. Qaynımı və onun həyat yoldaşını gördüm. Otağıma gizlincə girən ərini görən eltim onu döyə-döyə otaqdan çıxartdı.

 

“Elə həmin gecə qaynım evi tərk edir. Bir neçə gün harada olması haqqında heç kimdə məlumat olmur”

 

Ramilə anasının ad gününü qeyd etmək üçün atası evinə yollanır : “Anamın yeni yaşını qeyd etmək üçün qonaq getdim. Elə həmin gün qaynatam zəng edərək, təcili evə gəlməyimi istədi. Nə baş verdiyi bilmək üçün anam gildən çıxıb evə getdim. Gəldim zaman uşaqlardan başqa hamının evdə olduğunu gördüm. Qayınanam, qayınatam, qayınlarım və yataq otağıma girmək istəyən qaynım və onun həyat yoldaşı .Həyat yoldaşım yenı rayonda olduğu üçün evdə yox idi. Qayınatam qolumdan tutub kürsüdə oturmağıma əmr etdi. Elə bu vaxtı qaynım heçnə soruşmadan məni bıçaqlamağa başladı.

Bir neçə dəfə bıçaqlayandan sonra boğazımı bıçaqlamaq istədi. Əlimlə özümü müdafiə etməli oldum. Bu zaman qayınatam qəfil ayılaraq oğlunu dayandırmağa cəhd elədi. Vəziyyətdən istifadə edərək özümü küçəyə atdım, kömək istədim. Qonşuların köməyi ilə təcili yardımla xəstəxanaya yerləşdirildim. Müalicə aldığım 15 gün müddətində 1 dəfə ekspert, bir dəfə müstəntiq tərəfindən dindirildim. Müstəntiq görüş zamanı “yaxşı ol, gəl yanıma, sənin işinə baxarıq dedi”. Xəstəxanada olduğum zaman polis bölməsinə zəng vurub, gedəcəyim yeri olmadığımı dedim. Polis bölməsindən isə”bir müddət qohum-tanış evində qal, səhhətin düzəldikdən sonra polis bölməsinə müraciət edərsən ” deyildi.

 

Qeyd edək ki, qaynı tərəfindən qisas məqsədi ilə axtarıldığı üçün həyatı təhlükədə olan Ramilə Təmiz Dünya” Qadınlara Yardım ictimai Birliyinə müraciət edərək təşkilatın Qadın Sığınacağında ona müvəqqəti yaşayış yeri verilib.

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//oackoubs.com/4/4576595