Gələn il 3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar verilən müavinətlərin maliyyələşdirilməsi üçün növbəti ildə 15 mln. manat məbləğində vəsaitin xərc ediləcəyi proqnozlaşdırılır.

 

Xalq.Ru -un  məlumatına görə, bu, “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsində əksini tapıb.

 

Hesablama Palatasının “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi” layihəsinə rəyində qeyd olunub ki, bu, cari ilin gözlənilən icrasından 3,7 mln. manat (32,7%), 2020-ci ilin faktiki icrasından isə 5,8 mln. manat (63%) çoxdur.

 

Qeyd edək ki, 2022-ci ildə ümumilikdə məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlər üzrə xərclərin 182,0 mln. manat olacağı proqnozlaşdırılır.

 

 

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//ugroocuw.net/4/4576595