Üçüncü Dünya Müharibəsi haqqında kəhanətlərdən biri yenidən müzakirə mövzusu olub.

Xalq.Ru bildirir ki, 1894-cü il təvəllüdlü, almaniyalı Alois İrlmaierin bu istiqamətdə fikirləri yenidən gündəmə gələrək eşidənləri qorxuya salıb.  Kahin Üçüncü dünya Müharibəsinin Türkiyənin yaxınlığında, Aralıq dənizi ətrafında baş verəcəyini iddia edib.

Kahinin həmin müharibə ilə bağlı dedikləri:

“Hər şey sülhə səsləyir. Ancaq sonra bir çox gizlinlər üzə çıxır. Yaxın Şərqdə qəfildən yeni bir müharibə alovlanır, böyük dəniz qüvvələri Aralıq dənizində düşmənlərlə üz-üzə gəlir. Vəziyyət olduqca gərgindir! Amma əsl qığılcım Balkanlarda alovlanır. Böyük bir şeyin düşdüyünü görürəm. Yanında qanlı xəncər dayanır. Çevriliş olacaq.  İki nəfər birləşib iyerarxik sıradakı üçüncü şəxsi öldürəcək. Bu iki nəfər həmin vəzifəli şəxsi öldürmək üçün başqalarından pul alıblar. Qatillərdən biri balaca qaradərili, digəri isə bir qədər uzun və açıq saç rəngi olan biridir. Bu hadisənin qisası dərhal alınacaq”.

Üçüncü Dünya Müharibəsinin ilini dəqiq bilmədiyini deyən kahin “Həmin müharibə mütləq olacaq, milyonlarla insan tərəfindən müşahidə ediləcək. Göz üzündə də bunu işarətləri olacaq. Savaş məhsul yığımından qabaq, yağışlı bir gecədə başlayacaq”, – deyə əlavə edib.

Alois İrlmaier 1 sentyabr 1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi ilə başlayan İkinci Dünya Müharibəsi zamanı və sonrakı tarixdə baş verənləri də təxmin edib.  O, eyni zamanda həmin savaş boyunca bombalanacaq bölgələr və bir neçə itkin şəxslərin tapılması istiqamətində də dəqiq proqnozlar verib. Aloisin fikirlərinin gerçəkləşməsi onun məşhurlaşmasına səbəb olub.

Qeyd edək ki, almaniyalı kahin öz ölümünün 1959-cu ilin iyulunda olacağını görmüş və proqnozu doğru çıxmışdı. Onun son sözləri  isə belə olub:

“Öldüyümə şadam, çünki gördüklərimi yaşamaq məcburiyyətində qalmayacağam”.

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//dopansearor.com/4/4576595