Vətən Müharibəsi şəhidinin evində partlayış baş verib – FOTO

 

Gəncə şəhərində yaşayan Vətən müharibəsi şəhidi Elməddin Namazovun vaxtı ilə yaşadığı mənzildə partlayış baş verib.

Hadisə şəhidin ildönümündə Yeni İrəvan qəsəbəsində qeydə alınıb.

Xalq.Ru Bu barədə Oxu.Az-ın yerli bürosuna şəhidin anası Fazilə Namazova məlumat verib.

Qadının sözlərinə görə, hadisə nəticəsində qızları Xatun və Təhminə Namazovalar müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

“Hazırda vəziyyətləri normaldır. Dedilər, hadisə hamamdakı qızdırıcı cihazdan baş verib. Hamam dağılıb, məişət əşyalarım yararsız hala düşüb”, – deyə F.Namazova bildirib.

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//chooxaur.com/4/4576595