İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  Oxu24.com-a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər.

 

Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.

 

 

By Admin

Admin Xalq.Ru xəbər saytında xəbərləri dərc edən şəxsdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

MobTop.az
//cdrvrs.com/4/4576595